Türkiyənin tanınmış aktyoru Kadir Doğulu, həyat yoldaşı məhşur aktirisa Neslihan Atagülün müqavilə bağladığı bir reklam şirkətinin təqdimatında iştirak edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Doğulu Dubay hava limanında yaşadığı sıxıntıdan danışıb. Belə ki, Dubayda nəzarətə alınan və orada yaşadığı çətinlikləri sosial mediada paylaşan sənətçi, "başa düşdüm ki, ən pis demokratiya belə ən yaxşı krallıqdan gözəl və qiymətlidir" deyə fikirlərini bölüşüb. Hava limanında mənasız yerə tutulduqlarını bildirən Kadir Doğulu, daha sonra "Dubay əmirliyi və ətrafındakılar bizdən üzr istədi " deyə jurnalistlərə açıqlama verib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB