Aygün Kazımova uzun müddətdir haqqında danışdığı "Gecələrdə" mahnısını təqdim edib. SİA-nın məlumatına görə, mahnının sözləri Azər Şirinə, musiqisi isə Elçin Cəfərova aiddir. Mahnının aranjimanı Tərlan Məmmədhüseynova aiddir.
Qeyd edək ki, mahnının ilk ifaçısı müğənni Elçin Cəfərovdur. O, bəstəsini 3 il əvvəl ifa edib. Təxminən 1 ay öncə səhər saatlarında avtomobildə həmkarının ifasını eşidən xalq artisti Aygün Kazımova zəng edərək mahnını ifa etməsini istəyib. Elə həmin gün iki məşhur səsyazma studiyasında mahnını lentə aldırıb. Mahnı tam olaraq bu gün Aygün Kazımovanın rəsmi "YouTube" kanalına yüklənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB