Əli Mirəliyevdən həmkarına: "O, motosiklet yox, eşşək minməlidir" FOTO
Müğənni Əli Mirəliyev efirdə verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı yenə də qalmaqallı açıqlaması ilə diqqət çəkib.
O bildirib ki, ifaçılar efirə oxumağa yox, özlərini göstərməyə çıxır: "İndikilərə oxumaq lazım deyil, onlara "mırt" vurmaq lazımdır. Efirə qoyun, motosikletlə gəlirlər. Oxumağa gəlmirlər ki... Bu yaxınlarda Elşad Qarayev efirə motosikletlə çıxdı. O at, eşşək minməlidir, Kürdəmirdə böyüyən adamdır. Şəhərdə böyümüşəm, motosikleti mən sürürəm. Bura efirdir, Sabunçu bazarıdır?".

Ə.Mirəliyev heç vaxt həmkarlarından borc pul istəmədiyini söyləyib:"Heç vaxt müğənniyə zəng edib pul istəməmişəm. Həmişə hamıya mən pul vermişəm. Atama da, anama da mən baxmışam".
İfaçı 20 ildir tək yaşadığını etiraf edib: "Gərək cavanlıqdan əlavə ev alasan ki, səni yaşlananda səni qovmasınlar. 20 ildir ailəmdən ayrı yaşayıram. İnsanlar elə bilər ayrılmışam, xeyr. Həyat yoldaşım tez-tez gəlib-gedir. Şəhərdə yaşaya bilmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB