Aktrisa Ülviyyə Əliyeva yeni rol aladığı tamaşadan söz açıb. SİA-ya bu haqda aktrisanın özü açıqlama verib: "Bildiyiniz kimi, bir neçə gündən sonra Milli Teatr Günüdür. Bununla bağlı olaraq Azərbaycan Dövlət Musiqili Teatrda dahi bəstəkar Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsərini oynayacağıq. Mən də həmin tamaşada rol almışam. Hər kəsi həmin tamaşaya baxmağa dəvət edirəm. Maraqlı tamaşadır".
Aktrisa filmə çəkildiyini də bildirib. Onun sözlərinə görə, ekran işi tezliklə tamaşaçıların ixtiyarına veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB