Mahsun Kırmızıgül 7 milyon ziyana düşdü

Mahsun Kırmızıgül 7 milyon ziyana düşdü

Müğənni, rejissor Mahsun Kırmızıgül ziyana düşüb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, yanvarın 25-dən etibarən kinoteatrlarda nümayiş edilən "Vezir parmağı" ("Vəzir barmağı") filmi istənilən reytinqi verməyib. 5 həftə keçməsinə baxmayaraq, film kifayət qədər izləyici toplaya bilməyib. 14 milyon lirəyə (təxminən 7 milyon manat) başa gələn film, nəinki qazanc əldə edə bilib, hətta xərclənən gəlir qarşılanmayıb.

İddialara görə, Mahsuna son filminə görə 7 milyon lirə (təxminən 3,5 milyon manat) məbləğində zərər dəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə