Prezidentin xanımı və qızı 8 Mart ziyafətində fotolar

Prezidentin xanımı və qızı 8 Mart ziyafətində fotolar

Dünən Ağ Evdə Beynəlxalq Qadınlar günü münasibəti ilə birinci xanım Melaniya Tramp ziyafət təşkil edib.
SİA-nın verdiyi məlumata görə, 50-yə yaxın qadının iştirak etdiyi mərasimdə Melaniya və prezident Donald Trampın ilk evlilikdən olan qızı İvanka diqqət mərkəzində olublar.

Eləcə də vitse prezident Mayk Pensin xanımı Karen Pens, təhsil naziri Betsi Devos, prezidentin məsləhətçisi Kellienn Konuey mərasimə qatılıblar.

Qeyd edək ki, 8 Mart ABŞ-da rəsmi bayram deyil. Sadəcə son illər bu günə diqqət çəkilməyə başlayıb.




Axşam.az

Bütün xəbərlər Facebook səhifəmizdə