Aktrisa Ülviyyə Əliyeva yeni rol aldığı film haqda söz açıb. SİA-ya açıqlama verən aktrisa bunları deyib: " "Bildiyiniz kimi, "Ər quyusu" filmində rol almışam. Həmin filmin Bakıda qala gecəsi baş tutdu. Bundan başqa sözügedən ekran işinin Mingəçevirdə qala gecəsi baş tutacaq".
Ü.Əliyeva daha bir filmdə rol aldığını bildirib: " "Cekpot" adlı filmdə çəkilmişəm. Həmin ekran işində aktrisa Tünzalə Əliyeva da rol alıb. Filmin dublaj işləri qalıb. Bu işlər bitəndən sonra "Cekpot" adlı ekran işi tamaşaçıların ixtiyarına veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB