Azərbaycanlı rejissor 10 türk sənətçisinə klip çəkir

Azərbaycanlı rejissor 10 türk sənətçisinə klip çəkir

Rejissonar Nail Naiboğlu yeni işə imza atıb. SİA-ya bu haqda rejissorun özü açıqlama verib: "Türkiyədə fəaliyyət göstərən şirkətlərin biri ilə müqavilə imzalamışam. Qardaş ölkənin məşhur müğənnilərindən birinə klip çəkmişəm. Həmin sənətçinin kimliyini deyə bilməyəcəm. Müqavilənin şərtlərinə uyğun olaraq, sözügedən ifaçının adını açıqlaya bilməyəcəm. Ekran işi hazırdır. Klipi Türkiyə telekanalında təqdim edəcəyik. Bu sənətçidən başqa 9 türk müğənnisinə klip çəkəcəm. Artıq həmin 9 sənətçinin razılığı alınıb".

Bütün xəbərlər Facebook səhifəmizdə