Stilist: "DJ Fateh səviyyəsiz, adımı çəkməsin" QALMAQAL

Stilist: "DJ Fateh səviyyəsiz, adımı çəkməsin" QALMAQAL

"Bomba" adlı mükafatlandırma mərasimi keçirilib. Həmin tədbirə stilist Samiraldo dəvət olunsa da, ona mükafat verilməyib.

Stilistə mükafat verilməməsinə DJ Fateh sevinib. O, hətta qalmaqallı açıqlama verib: "Samiraldonu qalib seçən mükafatlandırma mərasimi heç vaxt mötəbər ola bilməz".

DJ-in bu sözlərinə qarşı tərəfdən cavab gəlib. SİA-ya açıqlama verən Samiraldo bunları deyib: "Həmin mükafatlandırmaya getdiyimə görə çox peşmanam. Bu tədbiri yüksək səviyyədə təşkil olunmuş mərasim bildim. Amma yanıldım. Mərasimi təşkil edən təşkilatçılarla da normal münasibətim var. Həmin təşkilatçılarla da heç bir problemim yoxdur. Mənim üçün əsas mükafat deyil. Əsas insanların sevgisidir. Qaldı ki, DJ Fatehə o, kimdir? Mən heç onu tanımıram. DJ Fateh səviyyəsizdir. Mənim adımı çəkməklə özünü reklam etməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə