Məşhurlar sərgidə FOTOLAR

Gənc fotoqraf Fərhad Əlinin "Yuxu" adlı fotosərgisi açılıb. SİA-nın məlumatına görə, əvvəlcə qonaqlar fotosərgi ilə tanış olublar. Sərgi çərçivəsində unudulmaz bəstəkarımız Elza İbrahimovanın Dəmir Gədəbəylinin sözlərinə bəstələdiyi "Sən yadıma düşəndə" mahnısına çəkilən klipin təqdimatı keçirilib. Əməkdar Artist Sevda Ələkbərzadənin ifa etdiyi mahnıya çəkilmiş klipin ideyası "Peachline" şirkətinə aiddir.

Respublikanın tanınmış mədəniyyət və incəsənət ustalarının qatıldığı təqdimat maraqla qarşılanıb.

Qeyd edək ki, sərgi martın 15-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə