İbrahim Tatlısəs əlillik dərəcəsi alacaq VİDEO

İbrahim Tatlısəs əlillik dərəcəsi alacaq VİDEO

Uğradığı silahlı hücum nəticəsində uzun müddətdir səhnələrdən uzaq qalan İbrahim Tatlısəs, əlil təqaüdü ala bilmək üçün İzmir Tepecik Təhsil və Araşdırma Xəstəxanasına müraciət edib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, qurumdan Tatlısəsin əlilliyə görə, 800 lirə ilə 4000 türk lirə arasında təqaüd ala biləcəyi bildirilib.

Bundan əlavə müğənninin dövlət tərəfindən qoyulan bəzi vergi güzəştlərindən də faydalana biləcəyi qeyd olunub.

Xatırladaq ki, Tatlısəsin uzun və müvəffəqiyyətli karyerası 14 Mart 2011-ci ildə tamamilə dəyişdi. "İbo Show" proqramının çıxışında uzun lüləli silahlarla açılan atəş nəticəsində başından yaralanan Tatlısəs ölümdən xilas ola bildi.

Lakin həddindən artıq qan itkisi və başındakı ağır yara ilə 6 saatlıq çətin bir əməliyyatdan sonra 2 həftə boyunca reanimasiyada həyat mübarizəsi apardı. Daha sonra İ.Tatlısəs 6 aprel 2011-ci ildə müalicə üçün Almaniyaya aparıldı.

O gündən bu yana musiqi albomu işləməyən və səhnəyə çıxmayan məşhur müğənnin əlil təqaüdü alması üçün xəstəxanaya müraciət etməsi onu sevənləri pərişan etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə