Elnarə İlhamə Quliyevanın mahnısını oxudu

Elnarə İlhamə Quliyevanın mahnısını oxudu

Müğənni Elnarə Xəlilova xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın repertuarından olan "Mən səni araram" mahnısını ifa edib. SİA-nın məlumatına görə, mahnı mərhum sənətkarın xatirəsinə həsr olunub. Elnarə bu musiqi əsərini , İ. Quliyevanın ildönümü münasibətilə həyata keçirilən "Gedirəm" layihəsi çərçivəsində ifa edib.

Layihənin təşəbbüskarı 106.3 radiosu və ideya müəllifi radionun direktoru Arzu Cəfərovadır. "Gedirəm" layihəsi çərçivəsində mərhum xalq artistinin 11 ən məşhur və sevilən mahnıları 11 tanınmış Azərbaycan müğənnisi tərəfindən ifa edilib. Onların arasında Elnarə ilə yanaşı, əməkdar artistlər Elza Seyidcahan, Lalə Məmmədova, Mətanət İsgəndərli, eyni zamanda Nadir Qafarzadə, Günay İbrahimli və başqaları da var. Yeni aranjemanda hazırlanan mahnılar eyni adda albomda toplanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə