Azərbaycanlı məşhurlar “Peyntboll” oynayacaq AÇIQLAMA

Azərbaycanlı məşhurlar “Peyntboll” oynayacaq AÇIQLAMA

5 mart ölkəmizdə Bədən Tərbiyəsi və İdman günüdür. Hər il ölkəmizdə respublika səviyyəli idman tədbirləri keçirilir. Belə tədbirlərdən biridə həmin gün keçiriləcəyi nəzərdə tutulub. SİA-ya bu haqda təşkilatçı Bəxtiyar Səmədov açıqlama verib: "Bildiyiniz kimi, 5 mart ölkəmizdə Bədən Tərbiyəsi və İdman günüdür. Bununla bağlı olaraq, "Peyntboll" yarışı keçiriləcək. Yarışda Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak edəcək. Həmin tədbirdə şou-biznesin məşhur simaları, media mənsubları da iştirak edəcək. Fikrimcə, iştirakçılar tərəfindən maraqlı oyun nümayiş etdiriləcək. Onu da xüsusi ilə qeyd edim ki, keçirmək istədiyimiz "Peyntboll" yarışı hərbi vətənpərvərlik ruhlu idman oyunundur. Turnir Azərbaycanın peyntbol tarixində bu formatda təşkil olunacaq ilk turnirdir".

Bütün xəbərlər Facebook səhifəmizdə