Murat Yıldırım və Fahriye Evcen Bakıya gələ biləcəkmi? AÇIQLAMA

Murat Yıldırım və Fahriye Evcen Bakıya gələ biləcəkmi? AÇIQLAMA

Türkiyənin məşhur ulduzları aktyor Murat Yıldırım və aktrisa Fahriye Evcen Bakıya gələcək. Onlar yeni çəkildikləri filmi Nizami Kino Mərkəzində təqdim edəcəklər. SİA-ya bu haqda Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu xanım məlumat verib: " Türkiyənin tanınmış simaları aktyor Murat Yıldırım və aktrisa Fahriye Evcen Azərbaycana gələcək. Onlar yeni çəkildikləri "Sonsuz Aşk" filmini azərbaycanlı tamaşaçıların ixtiyarına verəcəklər. Məşhurlar mart-aprel aylarında Bakıda filmin qala gecəsini edəcəklər. Muratla Fahriyenin Azərbaycana gələcəkləri dəqiq tarix bəlli deyil. Hələ ki, danışıqlar gedir".

Arzu xanım aktyor Şahan Gökbaharın yeni çəkdiyi "Recep İvedik 5" filminin Azərbaycanda qala gecəsinin olmayacağını bildirib: "Şahan Gökbahar lentə aldığı və aktyor olaraq çəkildiyi "Recep İvedik 5" filmi üçün Bakıda qala gecə etməyəcək. Amma film Türkiyə kino bazarında daha da sevildikdən sonra Nizami Kino Mərkəzinədə filmlərin arasında olacaq. Həmin filmə azərbaycanlı tamaşaçılar bir müddətdən sonra kinoteatrımızda baxa biləcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə