Deyilənlərə görə, müğənni Əli Mirəliyevin səhhətində problem yaranıb. Məsələ ilə əlaqədar olaraq SİA ifaçının özü ilə əlaqə saxladı. Əməkdaşımıza açıqlama verən sənətçi səhhətinin yaxşı olduğunu bildirdi: "Səhhətimdə heç bir problem yoxdur. Hər şey qaydasındadır. Səhhətimlə bağlı bu cür xəbərlərin yayılmasına səbəb var. Səbəb odur ki, məni efirlərə dəvət edəndə getmirəm. Səhhətimi bəhanə edib, yaxşı olmadığımı bildirirəm. Televiziya kanallarında yayımlanan bir neçə verilişlərində iştirak edəndə əsəbləşirəm. Çünki aparıcı lazımsız söhbətlər edir. Məni də qalmaqallara sürükləyir. Bu da mənə xoş olmur. Ona görə də bir neçə verilişə qatılmaqdan imtina etmişəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB