Əməkdar artist Səlim Abbasov xalq artisti Zeynəb Xanlarova ilə qastrol səfərə gedəcək. SİA-ya bu haqda Səlimin özü açıqlama verib: "Mənə hər zaman dəstək olan xalq artisti Zeynəb Xanlarova ilə qastrol səfərə gedəcəyik. Hazırda məşqlər gedir. Xarici ölkəyə Novruz bayramı ərəfəsində üz tutacağıq. Onu da xüsusi ilə qeyd edim ki, hər zaman Zeynəb xanımla Azərbaycanı Avropa ölkələrində təmsil edib, zirvələrə qaldırmışıq. Bu dəfə də öz möhtəşəm çıxışımızla ənənəmizə sadiq qalacağıq".
Səlim xalq artistiylə olan münasibətindən də söz açıb: "Zeynəb Xanlarova mənə incəsənət ailəmində çox dəstək olub. Hər zaman yanımda olub. İfa etdiyim bəstələri çox bəyənib. Yeni mahnılar ərsəyə gətirəndə hər zaman xalq artistimizdən xeyir-dua almışam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB