Səhhəti ilə bağlı olaraq uzun illərdir səhnədən uzaq düşən müğənni Kəmalə Rəhimli efirə çıxmağa başlayıb. SİA-ya bu haqda ifaçının özü danışıb: "Bildiyiniz kimi, səhhətimdə problem var. İllər idi ki, telekanallardan uzaq idim. Nəhayət bir neçə gün bundan öncə verilişlərin birində qonaq oldum. Hazırda vəziyyətim bir az yaxşıdır. Ağrılarım azalıb. Bundan sonra efirlərə çıxmağı düşünürəm. Telekanallar məni efirə dəvət etsələr, böyük məmnuniyyətlə gələrəm. Amma hər verilişə də çıxmaq niyyətində deyiləm. Özümə hörmət edən sənətçiyəm. İstərdim ki, məni dəvət etdikləri proqramda qalmaqal olmasın. Çünki mən bu sənətə söz-söhbətlə gəlməmişəm. Eyni zamanda qalmaqallarla yaddaşlara həkk olunmamışam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB