Azərbaycanlı aparıcı bu gün iki özəl hadisəni qeyd edir FOTO

Azərbaycanlı aparıcı bu gün iki özəl hadisəni qeyd edir FOTO

Aparıcı-aktyor İlkin Həsəni iki özəl məqamı bir gündə qeyd edir. SİA-nın məlumatına görə, aparıcı "Bozbash Pictures" komandasının ərsəyə gətirdiyi "Stalinin Başı" filmini təqdim edəcək. Eyni zamanda İlkinin bacısı qızı Nigarın ad günüdür. İlkin bununla bağlı olaraq "İnstagram" səhifəsində yazıb: "Və bu da martın 1-i. Artıq 7-ci ildir ki, həyatıma rəng qatan, mənə dayı titulu qazandıran bir xanım var, onun adı Nigardır. Ənənəvi fotolarımızdan yəqin ki, onu tanıyırsınız. Bəli bu gün onun doğum günüdür. Dayı səni ürəkdən təbrik edir, sağlam və xoşbəxt böyü, nəfəsim".

Bütün xəbərlər Facebook səhifəmizdə