Azərbaycanlı müğənninin 3 yaşlı Selenası FOTOLAR

Azərbaycanlı müğənninin 3 yaşlı Selenası FOTOLAR

Bu gün müğənni Ayan Babakişiyevanın qızı Selenanın 3 yaşı tamam olur. SİA-nın məlumatına görə, ifaçı qızının özəl gününü təbrik edib: "Selena, mənim canımdan bir parça, aldığım nəfəsim, gülən üzüm, xoşbəxt anım, ən gözəl və təmiz hissimdir. Sən dünyaya gələndə çox qorxdum. Sənə, diqqətlə üzünə, balaca əllərinə baxdım, dedim biz bərabər böyüməliyik. Qızım, nələrdən, çətinliklərdən keçdik. Mənə güc, qol-qanad verdin. Mənə ən gözəl hədiyyəni – ana olmaq hissini yaşatdın. Artıq 3 yaşın olur. Bu 3 il hardan gəldi keçdi. Yolumuzu çox bağlamaq istədilər. Amma sən, mən, nənən və dayın bir yerdəyik. Əgər Allah bu günü bizə Gəncədə ən yaxınlarımızla keçirməyi nəsib etdisə, bizə başqa bir şey lazım deyil. Yaxşı ki, həyatıma gəldin, mənim qızım sənsən, Selena".

Bütün xəbərlər Facebook səhifəmizdə