Bu gün prodüser Tolikin atasının ad günüdür. SİA-nın məlumatına görə, bu haqda prodüser "İnstagram" səhifəsində yazıb: "Bu gün mənim həyatda iki varlığımdan biri olan atamın düz 60 yaşı tamam olur. Allah 2 dəfə atamla məni sınağa çəkib. İnşallah, daha onun sağlamlığı ilə sınağa çəkməz. Düzdür, bəlkə atamın arzusunu hələ də gerçəkləşdirə bilmirəm. Amma onun da səbəbi var. Çünki nəyinsə xatirinə yalançı həyat sürə bilmərəm. Ata sənə can sağlığı, uzun ömür arzu edirəm. Hər zaman üzün gülsün, gümrah olub və balalarınla qürur duyasan. Mən bacardığım qədər sənə yaxşı övlad olmağa çalışıram. Ümidvaram ki, sən də məndən narazı deyilsən. Ad günün mübarək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB