Mətanət İsgəndərli səhnədə ağladı FOTOLAR

Mətanət İsgəndərli səhnədə ağladı FOTOLAR

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət "Günay" teatr studiyası Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar tamaşa nümayiş etdiriblər. SİA-nın məlumatına görə, tamaşada əməkdar artist Mətanət İsgəndərlinin nəvəsi Tuncay İsgəndərlidə yer alıb. Xocalı faciəsini səhnələşdirilmiş şəkildə izləyən Mətanət xanım göz yaşını saxlaya bilməyib. Çıxışı zamanı o, bunları qeyd edib: "Xocalı soyqırımı Azərbaycanın ən ağrılı faciələrindəndir. Tamaşanı başdan sona qədər göz yaşı içində izlədim. Uşaqlarımıza afərin, hər biri rolunun öhdəsindən məharətlə gəldi".

Qeyd edək ki, tamaşa Zərəngiz Mansurovanın "Cavab ver" poeması əsasında Larisa Tarusovanın quruluşunda hazırlanıb. Xoreoqraf Günəş Talıbovadır.

Bütün xəbərlər Facebook səhifəmizdə