Baloğlan Əşrəfov: "Həkimlər anama səhv diaqnoz qoydular" AÇIQLAMA
Xəbər verdiyimiz kimi, əməkdar artist Baloğlan Əşrəfovun anası dünyasını dəyişib. SİA-ya açıqlama verən sənətçi hazırda Masallıda olduğunu bildirib: "84 yaşında anam dünyasını dəyişdi. Anam çox xəstə idi. 2 il bundan öncə anamı Bakıya həkimə gətirdik. Həkimlər bildirdilər ki, anamın 1 həftə ömrü qalıb. Lakin, anam 2 il yaşadı. Hazırda Masallıdayam. Sabah anamın 3 mərasimidir. Anamın 7 mərasimini də verdikdən sonra Bakıya qayıdacam. Bakıda cümə axşamı verəcəm. Anamın 40 mərasimi üçün yenidən Masallıya geri dönəcəm".
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB