Stilist Samiraldo hər kəsin göz önündə ağlayıb. O, sosial şəbəkədə maşınını idarə edərkən ağlaya-ağlaya video çəkib yerləşdirib.
Məsələ ilə əlaqədar SİA-ya açıqlama verən Samiraldo bunları deyib: "Ümumiyyətlə mən ağlamağı sevmirəm. Hər zaman çalışıram ki, gülüm, güldürüm. Amma bəzən həyatda baş verən proseslərə biganə qala bilmirəm. Məni uzaqlara aparan mahnıları dinləyib, kövrəlirəm. "İnstagram" səhifəmdə də ağlayarkən video paylaşmağıma səbəb istədim ki, məni sevənlər bu vəziyyətdə də görsünlər. Bilsinlər ki, hər zaman insanları güldürməyimə baxmayaraq, mənim də pis anlarım olur. Amma göz yaşlarıma qərq olmağım düşmənlərimi sevindirməsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB