Aparıcı: "Sənətkarlar unudulmur"

Xəbər verdiyimiz kimi, bu gün xalq artisti İlhamə Quliyevanın ölümündən 1 il ötür. SİA-nın məlumatına görə, aparıcı Lamiyə Ələkbərova xalq artistini yad edib. O, mərhum xalq artisti haqqında fikirlərini dilə gətirib: "Sənətkar yoxluğundan 1 il keçdi. Görəsən, nə dəyişdi?! Baxışınmı, gülüşünmü yoxsa səsinmi? Amma bunlar xatirələrdə qaldı. Səsin həmin səsdir, baxışın da, gülüşün də həminkidir. Çünki şəkillərdən baxırsan. Əslində ürəyindən keçənləri də elə mahnılarında demisən. Biz nə bilərdik sənin nə çəkdiyini, bəzən dörd divar arasında od tutub yandın. Biz nə bilərdik sənin nə çəkdiyini?! Bəzən dörd divar arasında od tutub yandın. Biz nə bilərdik, heç qəlbinin də fəryadı bizə gəlib çatmadı. Biz nə bilərdik...Təbii ki, biz çox şeyi də heç bilmədik. Amma bir şeyi dəqiq bilirəm səni unutmadıq və heç vaxtda unutmayacağıq. Çünki sən gözəl müğənni, həyatsevər insan, özün dediyin kimi gözəl dost və ən əsası böyük sənətkarsan. Sənətkarlar isə unudulmur. Yerin cənnət olsun, "koroleva". Allah sənə rəhmət eləsin. Ruhun şad olsun. Qəbrin nurla dolsun".

Qeyd edək ki, hazırda Təzə Pir məscidində xalq artisti İlhamə Quliyevanın il mərasimi keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə