Orxan: "13 yaşımda bildim ki, İlhamə Quliyeva məni övladlığa götürüb"

Orxan: "13 yaşımda bildim ki, İlhamə Quliyeva məni övladlığa götürüb"

Mərhum xalq artisti İlham Quliyevanın oğlu Orxan sənətçi haqqında danışıb. SİA-nın məlumatına görə, Orxan layihə rəhbəri olduğu rejissor Nail Naiboğlunun verilişində qonaq olarkən anasının hər zaman diqqət mərkəzində olduğunu bildirib: "İlhamə Quliyeva şou-biznes camisində hər zaman hökümranlıq edib. Şəxsi həyatında da elə idi. O, hər zaman diqqət mərkəzində olmaq istəyirdi. Hamıdan qayğı, nəvaziş tələb edirdi".

Orxan anası ilə olan münasibətindən də söz açıb: "Hər bir ailədə söz-söhbət olur. Bəzən bir-birimizi anlamırdıq. Amma anamla münasibətimiz normal idi. Hətta 18 yaşımdan evlənməyimi istəyirdi. 27 yaşımdan sonra İlhamə xanıma dedim ki, ailə qurmaq istəyirəm. O, da razılıq verdi. Amma seçdiyim xanımla ailə qurmağımı istəmirdi. Çünki İ.Quliyeva öyrəşmişdi ki, hər zaman həyatda onun dedikləri olsun. Amma mən onun bu ənənəsinə sadiq qalmadım. Öz sevib, seçdiyim xanımla evləndim. Ailə qurduqdan sonra da xanımımla münasibəti yaxşı idi. Həyat yoldaşımla münasibətləri pis olsaydı, məclislərə arvadımı aparmazdı. Hətta İlhamə xanım həyat yoldaşıma bahalı bəzək əşyaları da bağışlamışdı".

Xalq artistinin oğlu övladından da söz açıb: "Uşağıma "Ruslan" adını anam qoyub. Mənə dedi ki, oğlun olsa, adını Ruslan qoyarsan. Məndə "baş üstə" demişdim. Elə də oldu. Övladım dünyaya gələndə oğlumu məndən qabaq İlhamə xanım görmüşdü".

O, anasının var-dövlətindən də danışıb: "Anamın var-dövləti mənə qalmasaydı, pis olmazdım. Çünki dünya malıdır. Bu dünyadan gedəndə heç kəs özüylə heç nə aparmır".

Orxan xalq artistinin tez-tez qəbrini ziyarət etdiyini bildirib: "Anamın qəbrinin üstünə tez-tez gedirəm".

Orxan mərhum xalq artistinin illər öncə övladının olduğunu və onu erkən itirdiyi haqda yayılan şayiələrə də aydımlıq gətirib: "Mətbutda anamın illər öncə daha bir uşağının olduğu və tez itirdiyi barədə xəbərlər yazıldı. Məlumat düzgün idi. Bu hadisə mən dünyaya gəlmədən öncə baş vermişdi".

Mərhum xalq artistinin oğlu İlhamə Quliyevanın doğma övladı olmadığını da etiraf edib: "Ağlım kəsəndən sonra bildim ki, İ.Quliyevanın doğma oğlu deyiləm. 13-14 yaşımdan sonra anladım ki, anam məni oğulluğa götürüb. Amma mənə əsas odur ki, İlhamə xanım məni boya-başa çatdırıb. Gözümü açıb Tüküzban İsmayılovanı, Həbib Bayramovu, İlhamə Quliyevanı görmüşəm".

Bütün xəbərlər Facebook səhifəmizdə