Müğənni Nərgiz Hüseynli "İntihar" adlı mahnısına yeni klip çəkdirib. SİA-ya bu haqda ifaçının özü məlumat verib: "İntihar etmək bu, həm cəmiyyət arasında, həm də dini baxımdan birmənalı olaraq müsbət qarşılanmır. İntihar edən şəxslər qınanılır. Əlbəttə, hər şey kənardan göründüyü kimi deyil. Amma intihar da çıxış yolu deyil. Heç kimin bilmədiyi və yaxud da dərk etmədiyi bir fakt da var ki, bu da bilməyərəkdən intihara aparan yoldur. Son illər gənclərin intihara cəhd etmələri xoşagəlməz hallardan biridir. Pis vərdişlərimiz və pis əməlimiz həyatımızla riskdir. Siqarət çəkmək, alkoqol düşkünü olmaq, narkotik aludəçisinə çevrilmək və başqa bu kimi amillər bizi intihara aparır. Həmçinin gənclərin sevgi naminə intiharı seçməsi, məncə, düzgün addım deyil. Sevən insan ölməyi deyil, yaşamağı və yaşatmağı bacarmalıdır. Bu məqsədlə klipdə cərəyan edən hadisələr bir növ insanların kənardan özlərini görməsinə yönəlib. Heç kimin intihar etməsini istəmirəm".
Nəzərinizə çatdıraq ki, sözləri və musiqisi müğənni Elnar Xəlilova məxsus olan "İntihar" mahnısının aranjeman müəllifi Zakir Əsədovdur. Klipin rejissoru Elgiz Babayev, operatoru Kənan İbrahimovdur.
Azərbaycanın səfalı bölgələrindən olan İsmayıllı, Qəbələ və Bakıda çəkilən klipdə aktyorlar Elmir İsmayılov və Orxan Məmmədov, o cümlədən müğənnilər Mirfərhad Həbibi və Aynur Əliyeva rol alıblar.
Layihənin ideya müəllifi müğənni Mirfərhad Həbibidir.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB