Hollivud aktyoru xanımının bədxərcliyinə qəzəblənib

Hollivud aktyoru xanımının bədxərcliyinə qəzəblənib

Hollivud aktyoru Robert De Nironu restoranlardan birində həyat yoldaşı ilə mübahisə edən yerdə görüblər. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktyor xanımını bədxərc olduğu üçün qınayıb. O, həyat yoldaşına bildirib ki, qoca yaşında işləmək istəməsə də, amma buna məcburdur: "Düşünürdüm, təqaüdə çıxacam və dincələcəm. Amma indi yeni filmlərə çəkilməyə məcburam. Qazandıqlarımı oda atmısan".

Qeyd edək ki, aktyorun xanımı arıqlamaq üçün istifadə olunan "Grace Hightower & Coffees of Rwanda" adlı kofelərin online səhifəsinə külli miqdarda pul qoyaraq, ondan gəlir əldə etmək istəyib. Lakin 5 ildə onun qazancı olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə