Naz Əli ilə yenidən mübahisə etdi

"Zuhal Topalla" izdivaç verilişinə qatılan gəlin namizəd Naz Mila ilə Əli Əkbər arasında yenidən mübahisə yaranıb. SİA-nın məlumatına görə, bir neçə gün əvvəl Naz Əlidən ayrılmasına peşman olduğunu deyərək, ondan daha bir şans istəyib.

Əli Nazla yenidən münasibətə başlasa da onların birlikdə olması cəmi bir gün çəkib. Naz onunla dava edərək, yorulduğunu deyib: "Bu qızın nələr etmək istədiyini başa düşmürəm. Məndən efirdə şans istəyir, həmin an ona qaçmağımı gözləyir. Efirdə özünü yaxşı göstərib, kənarda dava etməyə başlayır. Hələ mənə deyir ki, sənə şans verdim, danışmadın. Naz nə istədiyini bilmir. Ona şans versəm, yenə eyni hərəkətləri edəcək. Hər kəs şahiddir ki, mən efirdə ona pis nəsə deməmişəm, müdafiə etmişəm. Onun yaddaşı get-gedə zəifləyir. Belə etdikcə, mənim ona geri qayıtmaqla bağlı cavabım bəllidir. Neçə milyon insan izləyir, hamı səni haqsız bilir. Ona ikinci şans verməyi düşünmürəm. Ona yenidən öyrəşib, sonra pis olmaqdan qorxuram. Çünki hər dəqiqə dəyişir. Məni necə ələ ala biləcəyini bilir. Gözümə baxır, əlimdən tutur... Onun bu hərəkətlərinin səmimi olduğuna inanmıram".

Naz Əlinin ona ikinci şans verməməsinə əsəbiləşdiyini bildirib:"Əli uzadır, danışmaq istəmir. Mənə şans vermir. Mən də efirdən əsəbi çıxdım, onunla danışmaq istəmirəm. Onu geri qaytarmaq üçün çox can atdım. Gündə beş namizəd qəbul edir, onları etməməliydin".

Bütün xəbərlər Facebook səhifəmizdə