Son günlər müğənnilərə maraqlı təkliflər edən Dj Kazım Sübhan ənənəsinə sadiq qalıb. SİA-ya açıqlama verən Sübhan bu dəfə dəyərli məsləhətini əməkdar artist Lalə Məmmədovaya verib: "Şou-biznes ailəmində dostlarım çoxdur. Hər zaman çalışmışam ki, onlara dəstək olum. Bu dəfə Lalə Məmmədovaya maraqlı təklif etdim. O, da sözümü yerə salmayıb, əməl etdi. Belə ki, Lalə xanım xalq artisti İlhamə Quliyevanın repertuarına müraciət edib. Bir zamanlar sənətkarın ifa etdiyi musiqisi Emin Sabitoğlu, sözləri Vaqif Səmədoğluna məxsus "Çiçək yağışı" mahnısını yeni aranjemanda oxuyub. L.Məmmədova bu bəstəni özünəməxsus şəkildə ifa edib. Mahnı tezliklə dinləyicilərin ixtiyarına veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB