Müğənni-bəstəkar Arif Səlimov yenilik edəcək. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: "Yeni albomum işıq üzü görəcək. Bu diskim bir müddət öncə ərsəyə gəlməli idi. Lakin anam dünyasını dəyişdiyinə görə, işlərimi təxirə saldım. Yeni işıq üzü görəcək diskimdə 200 yaxın mahnı yer alacaq. Albomda olan mahnılarımı özüm, xalq artistləri, müğənnilər ifa edib. Onu da xüsusi ilə qeyd edim ki, yazdığım bütün bəstələr sevilib. Hər zaman mahnılarım gündəmdə olub".
Bəstəkar hazırda yeni mahnılar üzərində işlədiyini də söyləyib: "Hazırda yeni mahnılar yazıram. Həmin bəstələrin bir qismini özümün, digərini isə şou-biznesin məşhur simalarının ifasında eşidəcəksiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB