Naz Əlidən ayrıldığı üçün peşman oldu

Naz Əlidən ayrıldığı üçün peşman oldu

"Zuhal Topalla" evlilik verilişində iştirak edən azərbaycanlı gəlin Naz bir müddət əvvəl onun üçün Bakıdan gələn Əli Əkbərlə yenidən bir araya gəlmək istəyib. SİA-nın məlumatına görə, Naz hələ də Əlini bəyəndiyini və ondan ayrıldığı üçün peşman olduğunu bildirib. Naz Əlinin də ona qarşı biganə olmadığını, hətta, ona yaxın olmaq üçün eyni məhəllədən ev kirayələdiyini vurğulayıb.

Ə.Əkbər Naza cavab vermək üçün fikirləşmək istədiyini və ilk günlər yaşadıqlarını yenidən yaşamaq istəmədiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə