Aktyor seriallarda verilən məvacibdən gileyləndi FOTO

Aktyor seriallarda verilən məvacibdən gileyləndi FOTO

Aktyor Elsevər Mehdizadə yeni serialda rol alıb. SİA-ya bu barədə aktyorun özü açıqlama verib:"Uzun müddət idi ki, heç bir seriala çəkilmək istəmirdim. Çünki qonorar çox zəifdi. Bu il 3 seriala çəkilməkdən imtina etmişəm. Amma nəhayət ki, Vaqif Mustafayevin ideya müəllifi olduğu "İtirilmiş həyat" adlı serialda çəkilməyə razılıq verdim. Fikrimcə maraqlı serial olacaq. Hər kəsi bu seriala baxmağa dəvət edirəm".

Aktyor yeni filmdə çəkiləcəyini də söyləyib: ""Samedik" adlı filmdə rol almışam. Məni 3 gün ərzində maraqlı qrim edib, imicimi dəyişəcəklər.

Ekran işində əsas rollardan birini oynuyuram. Azərbaycanda ilk uşaq komediya filmidir".

Bütün xəbərlər Facebook səhifəmizdə