Müğənni Elnar Xəlilov repertuarında yenilik edəcək. SİA-ya bu haqda ifaçının özü açıqlama verib:" Hazırda yeni mahnı üzərində çalışıram. Bəstənin sözləri və musiqisi mənə aiddir. Mahnının adını hələki açıqlamayacam. Fərqli bəstədir. Hazırda mahnı üzərində aranjeman işləri gedir. Tezliklə yeni mahnını dinləyicilərin ixtiyarına verəcəyik".
İfaçı həmkalarından birinə mahnı yazdığını da bildirib:" Bildiyiniz kimi, mənim bəstəkar kimi də bacarığım var. Hazırda həmkarlarından birinə yeni bəstə yazıram. Həmin ifaçının kimliyini açıqlaya bilməyəcəm. Tezliklə özünüz biləcəksiniz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB