Aparıcı:"Türkiyəli jurnalistlər İlhamə Quliyevanın da Bülənt Ersoy kimi trans olduğunu düşünürdülər" FOTO
Türkiyə telekanalında izdivaç verilişinə qatılan azərbaycanlı gəlin namizədi Esmiranın plastik əməliyyat etdirməsi hər kəsin iradına səbəb olub. SİA-nın məlumatına görə, gəlin namizədi aparıcı İradə İsak da qınayıb: "Türkiyədə evlilik proqramlarının birinə qatılan azərbaycanlı qız transseksuala bənzədildiyi üçün məcbur olub mediaya uşaqlıq şəkillərini çıxarıb. Heç o şəkillərdə də özünə oxşamır. Bax nə məcburdur ki, o qədər plastik əməliyyat etdirəsən, ay bacı? Heç bir qram özünə oxşamırsan. Yeni adət də yaranıb. Əməliyyatdan sonra qızlar ağızlarını əyə-əyə, guya naz-qəmzəli danışmağa çalışırlar. Onda da lap o üzdəniraqlara oxşayırlar. Hətta bir dəfə Türkiyənin media işçiləri İlhamə Quliyevanın da Bülənt Ersoy kimi trans olduğunu düşünmüşdülər. Danışıq tərzi, makiyaj, əməliyyatlar başqa cür düşünməyə əsas vermirdi. Yaxşı, qüsurunuz var, düzəldin. Ağız-gözünüzü şişirib dam boyda etmək sizə nə verir, ay canıyanmışlar?".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB