"Bayram axşamı" filminin komandası imza günü keçirəcək. SİA-nın məlumatına görə, imza günü fevralın 22-də saat 19:00-da məkanların
birində baş tutacaq. Komediya filmində xalq artisti, aktrisa Firəngiz Mütəllimova, əməkdar artist Murad Dadaşov, müğənni Miri Yusif, aktyor İslam Mehrəliyev, rəqqasə Oksana Rəsulova, repçilər Qurd (Fərid Eminov) və Elşad Xose, aparıcı Bernardo Xose rol alıb.
Qeyd edək ki, "Bayram axşamı" filminin rejissoru Toğrul Məmmədov, operatoru Rauf Qurbanəliyev, baş icraçı prodüser İsmayıl Bağırov, stilist-vizajist Nura Babayevadır. Filmdə geyimləri Aygün Mahmudova hazırlayıb, qrimlər üzərində isə Mehriban Neymətova çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB