Əməkdar artist Səlim Abbasov İrana səfər edib. SİA-ya bu haqda sənətçinin özü açıqlama verib: "Hazırda İranın Həmədan şəhərindəyəm. İranda dünya çempionati ART futbol yarışı keçirilir. Mənimlə yanaşı, bu yarışa məşhur simalarımız qatılıb. Hər komandanın tərkibindəki iştirakçılar sənətçilərdir. Qrupumuzda məşhurlarla yanaşı, isveçli, brazilyalı, taylandlı iştirakçılar da var. ART futbol yarışında vətənimizi tanınmışlardan mən, Vüqar Bəxtiyar, Ceyhun Neymətov, Röyal Niftullayev, Anar Abbasov, Razi Dərgahov, Manaf Dadaşov, Elnur Quliyev, Siyavuş, Nurani, Samir, Şəhriyar və ART futbol Azərbaycan meneceri Afət Quliyeva təmsil edir. İsveç komandası ilə oyunumuz oldu. 2-1 hesabı ilə qalib gəldik".
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB