Azərbaycanlı müğənni yeniliklərə imza atacaq

Azərbaycanlı müğənni yeniliklərə imza atacaq

Müğənni Yaşar Yusub yaradıcılığında bir çox yeniliklər edəcək. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: "İşlərimə fasilə vermədən çalışıram. Hazırda da böyük layihələr üzərində çalışıram. Belə ki, yeni mahnı repertuarıma daxil edəcəm. Həmin bəstənin adını hələki sirr saxlayıram. Bundan başqa yenidən fotokamera önünə keçəcəm. Maraqlı fotosessiya etdirəcəm. Yaradıcılığımdakı bu yeniliklərlə yanaşı yay mövsümündə konsert verməyi planlaşdırıram. Fərqli və maraqlı konsert verəcəm. Konsertimdə sürprizlərdə olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə