Xuraman: "2013-cü ilin bu günü sübh namazında tövbə edib, hicaba keçdim"

Xuraman: "2013-cü ilin bu günü sübh namazında tövbə edib, hicaba keçdim"

Müğənni Xuraman Şuşalı maraqlı açıqlama edib. SİA-nın məlumatına görə, ifaçı 16 fevral tarixinin onun üçün unudulmaz gün olduğunu söyləyib: "Bu gün mənim həyatımda ən önəmli, unudulmayacaq bir gündür. 2013-cü ilin bu günü sübh namazında tövbə edib, hicaba keçdim. Bu böyük addımı atdığım üçün elə ağlayırdım ki... Çünki özümü dərk edəndən hicaba keçmək arzusunda olmuşam. Ancaq şeytan nəfsimə qalib gəlməyə imkan vermirdi. Şükürlər olsun Allahıma, mənə güc verdi. Ömrümün günah içində keçməyinə, nəfsimin qulu olmağıma imkan vermədi. Düzdür, hicabım kamil deyil, ancaq sən rəhmlisən, zalım deyilsən. Hicabla ruhuma rahatlıq verdin. Günah məni qocaltmışdı. 2005-ci ildən namaz qılsam da, hicabla namazımı daha mükəmməl etdim. Şükür Allahım, nəfsimi mənə qul etdin. Təşəkkürlər, ya Rəbbim. Tövbə qapısını biz bəndələriniz üçün açıq qoymusan. Yenə də məni hidayət elə. Allahım, hər iki dünyamı gözəl et. Verdiklərini alma. Bizi öz başımıza buraxma".

Bütün xəbərlər Facebook səhifəmizdə