18 ildən sonra məşhurların arxivini üzə çıxaran rejissorun "dili" başına bəla oldu EKSKLÜZİV
Rejissor Nail Naiboğlunun verilişlərin birində "Renkaya adını çəkmək istəmədiyim rəqqasənin acığına bir araya gəlib, klip çəkmişəm" bu sözləri deməsi böyük səs-küyə səbəb olub. SİA-ya bu haqda Nailin özü açıqlama verib: "Bildiyiniz kimi, rəqqasə Renkaya "Yuxu" adlı klip çəkdim. Həmin ekran işini də başqa bir rəqqasənin açığına lentə aldım. Bu fikrimi efir vasitəsilə dilə gətirdim. Mənim bu sözlərimdən bəziləri istifadə edərək, rəqqsə Aytənlə aramı vurmaq istədilər. Aytənə deyiblər ki, guya mən həmin sözləri onun ünvanına demişəm. Lakin mən Renkanın klipini Aytənin yox, başqa bir rəqqasənin acığına çəkmişəm. Amma ağzı göyçəklər bilsinlər ki, mən həmin sözləri Aytəni nəzərdə tutub, deməmişəm. Bu məsələ ilə bağlı Aytənlə də söhbətlərimiz oldu. Aytəni başa saldım. O, da məni başa düşdü. Hazırda Aytənlə münasibətlərimiz yaxşıdır. Heç bir problemimiz yoxdur. Hətta Aytəni layihə rəhbəri olduğum verilişimə də çəkdim. Xüsusi ilə qeyd edim ki, Aytənin ilk klipini mən çəkmişəm. Həmin rəqqasəylə dəfələrlə iş birliyimiz olub. Aytən mənim dostumdur".
Rejissor 18 il öncə lentə aldığı filmindən də söz açıb: "1999-cu ildə "Anaram" adlı sənədli film çəkmişdim. Lakin həmin ekran işini bu vaxtadək üzə çıxarmamışdım. Həmin filmdə xalq artistləri Ağaxan Abdullayev, Brilliant Dadaşova, əməkdar artistlər Rəşad İlyasov, Almaz Ələsgərova, Nüşabə Ələsgərli, müğənnilər Elçin Cəlilov və Elxan Şirinov çəkilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB