Vüqar: "Azərbaycanda klip dönəmi qurtarıb"

Vüqar: "Azərbaycanda klip dönəmi qurtarıb"

Meyxanaçı Vüqar Əbdülov Azərbaycan mədəniyyətinin inkişaf etdiyini söyləyib. SİA-ya danışan ifaçı maraqlı açıqlama verib: "Bildiyiniz kimi, Azərbaycan günü-gündən inkişaf edir. Mədəniyyət və incəsənət adamları da bu inkişafdan yararlanaraq öz üzərlərində işləyirlər. Yeniliklər etmək istəyirlər. Onu da deyim ki, artıq o dövr deyil hansısa müğənni klip çəkdirəndə təqdimata gələn jurnalistlər və qonaqlar ekran işindəki xırda qüsurları görüb, müzakirə etsinlər, ifaçını tənqid atəşinə tutsunlar. Azərbaycanda klip dönəmi qurtarıb. Seriallar, filmlər zamanı başlayıb. Hazırda da bir çox sənətçilərimiz seriallara çəkilirlər. Öz aktyorluq, aktrisalıq bacarıqlarını göstərirlər. Belə məşhurlar hər zaman tamaşaçılar tərəfindən yaddaşlarda qalıb, sevilir".

Bütün xəbərlər Facebook səhifəmizdə