İlqar: "Mahnının hazırlanmasında aranjemançının əməyi, ifaçıdan çoxdur" AÇIQLAMA

İlqar: "Mahnının hazırlanmasında aranjemançının əməyi, ifaçıdan çoxdur" AÇIQLAMA

Aranjemançı İlqar İlham sənətçilərin yaradıcılıqlarında böyük əməyi olduğunu iddia edib. SİA-ya açıqlama verən İlqar bunları deyib: "Müğənnilərin mahnılarının ərsəyə gəlməsində aranjemançıların böyük əməmyi var. Çünki sənətçi mahnının oxuyur və gedir. Amma aranjemançı bir bəstənin ərsəyə gəlməsi üçün gecəsini-gündüzünə qatıb, işləyir. İfaçıların heç nədən xəbəri olmur. Onlar yalnız hazır materialı görür. Amma xüsusi ilə qeyd edim ki, bir mahnının hazır olması üçün aranjemançının əməyi, ifaçıdan daha çoxdur. Aranjemançı bir nbəstəni ərsəyə gətirmək üçün həqiqətən də çox əziyyət çəkir".

İlqar səsi olmayan müğənnilərdən də söz açıb: "Şou-biznesdə səsi olmayan ifaçılar çoxdur. Həmin kəslərin adlarını çəkib, xətirlərinə dəymək istəmirəm. Onlar səsyazma studiyamda hansısa bir mahnını ifa edəndə, şoka düşürəm. Amma dinləyicilərə çalışıram ki, səsi olmayan müğənninin səsində düzəliş edərək, yaxşı ifasını təqdim edim".

Bütün xəbərlər Facebook səhifəmizdə