Vasif: "Bostanıma kimsə daş atanda kənara çəkib, başa salıram"

Vasif: "Bostanıma kimsə daş atanda kənara çəkib, başa salıram"

Müğənni-meyxanaçı Vasif Əzimov meyxanaçılar arasında düşən davalardan söz açıb. SİA-ya açıqlama verən ifaçı heç vaxt məclislərdə problem yaşamadığını bildirib: "Bildiyiniz kimi, meyxanaçılar məclislərdə meyxana deyəndə bir-biriləri ilə elədikləri zarafat xoşlarına gəlmir və dava düşür. Amma mən qalmaqallı meyxanaçı deyiləm. Çünki hər zaman yerimi bilən ifaçıyam. Bostanıma da kimsə daş atanda kənara çəkib, başa salıram. Çünki mənə yaxın olmayan həmkarım mənimlə nə zarafat edə bilər, nə də artıq söz deyə bilər".

Vasif duet oxumaq istədiyi müğənnidən də söz açıb: "Röya xanımla duet oxumaq istərdim. Təklifimi qəbul etsə, çox sevinərdim. Çünki bir çox sənətçilər Röya xanımla duet oxumaq arzusundadır".

Bütün xəbərlər Facebook səhifəmizdə