Sıla qızı ilə birgə avtomobil qəzasına düşdü FOTOLAR

Sıla qızı ilə birgə avtomobil qəzasına düşdü FOTOLAR

Türkiyəli müğənni Sıla Gençoğlu avtomobil qəzası keçirib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, ifaçının sürücüsü İsmail Serkan 34 ZG 1593 dövlət seriyalı avtomobili ilə Ankara istiqamətində hərəkət edərkən qəza törədib. Qəza zamanı maşında müğənnidən başqa, Hande Kızıl və Büşra Sarıkaya da olub. Sürücü qəzadan heç bir zədə almadan xilas olsa da, digər üç nəfər ağır yaralanıb.

Sıla təcili yardım maşını ilə Düzce Atatürk dövlət xəstəxanasına, Hande və Büşra isə Hendek dövlət xəstəxanasına yerləşdiriliblər. Həkimlər ilkin yardımdan sonra müğənninin vəziyyətinin yaxşı olduğu bildiriblər.

Qeyd edək ki, Sılanın yaxın günlərdə verəcəyi konserti təxirə düşməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə