Müğənni Vəfa Şərifova "Misafirim ol" mahnısını təqdim edib. SİA-ya bu haqda səfərdən yeni qayıdan ifaçının özü açıqlama verib: "Mahnı Türkiyədə "Altanturan" səs yazma studiyasında ərsəyə gəlib və 30-dan çox alətin ifasına yer verilib. Peşəkar musiqiçilərlə çalışdım. Həmin studiya ilə Funda Arar, Linet, Kubat kimi məşhurlar əməkdaşlıq edir. Növbəti mahnılarımı da bu şəkildə hazırlamağı düşünürəm. "Misafirim ol" adlı yeni mahnıma klip çəkdirməyi də düşünürəm".
Qeyd edək ki, "Misafirim ol" adlı mahnının söz və musiqisi Tural Bayraməliyevə məxsusdur.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB