Namiqin bu sözləri hələ çox danışılacaq FOTO

Namiqin bu sözləri hələ çox danışılacaq FOTO

Meyxanaçı Namiq Qaraçuxurlu Sevgililər Günü ilə bağlı "İnstagram" səhifəsində maraqlı şərh yazıb. SİA-ın məlumatına görə, meyxanaçının bu sözləri maraqla qarşılanıb: "Məhərrəmlik ayında yas tutmağın yanlış olduğunu var gücüylə sübut etmək istəyən bəzi insanların, "Valentin" gününü səbirsizliklə gözləməsi qəribə olduğu qədər anlaşılandır. Yas tutmaq çətin və əziyyətlidir. Bayram etmək asandır, istirahətdir. Sonra da deyirlər "Bakının dərdi var, Bakı xəstədir".

Mən bu gün diqqətlə baxdım, Bakı olduqca sağlam görünür. Sadəcə müasirləşdikcə adətlərimizə yox, şəhərimizə yuxarıdan aşağı baxmaq lazımdır. Sevgisini etiraf etməkdən zövq alanlara, o anları yaşamağa bəhanə axtaranlara isə heç bir iradım yoxdur. Sevmək, sevilmək gözəl hisslərdir. İlin hər günündə bu hissləri yaşamağınızı arzu edirəm. Sevdiyinizə həm çətin, həm də xoş günündə şərik olun. Hər zaman sevin-sevilin".

Bütün xəbərlər Facebook səhifəmizdə