Əməkdar artist Elza Seyidcahan bu dəfə Sevgililər Gününə aid şeir yazıb. SİA-ya həmin şeiri təqdim edir:
Sevgililər günündə
Bilirəm ki, sevirsən.
Nə olsun...
Mən ki, səni sevmirəm
Qoy olsun,
Qoy dolsun.
Səndə olan çiçəklər,
Mənə çatmaz.
Qoy solsun, soyunsun.
Mənim kimi, Sənin kimi.
Sevgililər sevişsin,
Gülüm kimi.
Ətrim kimi,
Çox olsun.
Toy olsun,
Mən ki, səni sevmirəm.
Qoy olsun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB