Xanımı: "Şahin Zəkizadə ölməyib, sağdır" AÇIQLAMA

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin ölüm xəbəri yayılıb. SİA-ya məsələ ilə əlaqədar olaraq rejissorun xanımı Səbinə Zəkizadə açıqlama verib: "Şahinin vəziyyəti ağırdır. Amma bu o demək deyil ki, saytlar öz reytinqlərini qaldırmaq xətrinə yalnış məlumatlar yazmalıdırlar. Şahin sağdır, vəziyyəti olduqca kritikdir. Süni aparata qoşulub. Müalicəsi davam edir. Nəsə pis xəbər olsa, hər kəs biləcək. Şahinin ailəsinə yazığınız gəlsin".

Bütün xəbərlər Facebook səhifəmizdə