Murad: "Söyülən sənətçilərin haqqı yoxdur ki, xalqa öyüd versin"

Murad: "Söyülən sənətçilərin haqqı yoxdur ki, xalqa öyüd versin"

Bəstəkar-müğənni Murad Arif şou-biznesdə baş verən qalmaqallar haqda danışıb. SİA-nın məlumatına görə, Murad dava-dalaş edən sənətçilərin həmkarlarına məsləhət verməyini qınayıb: "Son dövrlər sənətkarlar arasında baş tutan qalmaqallara Murad Arif biganə qalmayıb: "Bəzi sənətkarlar sayəsində "Sənətkar Kultu" dağıdılır. Çünki internet, azad mövqelər (azca da olsa), xalqın qınağı və sağlam təfəkkür var. Yaşlı və təcrübəlisənsə bu "haqlısan" demək deyil! Bəzi "sənətkarlar" bunu özləri qazandı. Son 10-15 ildə hegemonluq, liderlik, krallıq, qoçuluq, lotuluq, birincilik davası, gədalıq edən sənətkarlar gördük. Həmin sənətkarlar sənətlərindən, yaşlarından istifadə edib gənclərə qərəzli oldu. Bu ölkədə öləndə də söyülən sənətkar gördük. Rəhmətə gedənin şəklini paylaşıb altından "artıq söz deməyin" yazdıq. Çünki bu xalq ölüsünə söydü sənətkarın. Xalq anladı ki, sənətkar da paxıl, yaltaq, şit, pozğun, ailəsinə sahib çıxmayan, pis vərdiş düşgünü və s. ola bilər. Belə adamların haqqı yoxdur ki, xalqa öyüd versin, kişilik-xanımlıqdan yol göstərsin. Xalq gördü ki, bəzən bir cavan uşaq tərbiyə, alicənablıq və səviyyə anlamında 50 ilin tar çalanından daha üstün görünə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə