Azərbaycanlı müğənnidən gözlənilməz ETİRAF

Azərbaycanlı müğənnidən gözlənilməz ETİRAF

Müğənni Ceyhun Əliyev sənət yoldaşlarından danışıb. SİA-ya açıqlama verən ifaçı hətta onlardan məsləhət aldığını da etiraf edib:"Şou-biznes ailəmində dostlarım çoxdur. Hətta bəzən yeni mahnı yazdıranda mənə yaxın olan sənətçilərdən məsləhət alıram. İfaçıların əksəriyyəti ilə səsyazma studiyasında görüşürük. Onu da qeyd edim ki, hazırda gördüyüm bütün layihələrimə Bəhruz Qəlbinur nəzarət edir. Onun məsləhəti olmadan özbaşına heç nə etmirəm. Bəhruzdan başqa əməkdar artist Ədalət Şükürov da hər zaman yanımdadır. Öz tövsiyələrini əsirgəmir. Yaradıcılığımda dostum, dj Kazım Sübhanın da böyük əməyi var. Sevda Yahyayeva ilə də duet oxumağımı o, məsləhət gördü. Hətta xalq artisti Aygün Kazımova ilə də duet oxumağıma da Kazım kömək olub. Mənə yardım edən insanlara hər zaman minnətdaram. Onların əməyini heç vaxt unutmaram və danmaram. Amma bəzi sənətçilərimiz var ki, hansısa məşhur ona kömək edəndə adını belə çəkmir. Amma mən elə müğənnilərdən deyiləm. Allah hamıya kömək olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə