"Tam xoşbəxtəm... Bunu da insanda axtarmaq lazım deyil. Düşünmək olmaz ki, mən xoşbəxt deyiləm, kimsə girsin həyatıma mni xoşbəxt etsin. Sevəcəyin insan sənin xoşbəxtliyini artıra bilər". Bu sözləri müğənni Zamiq Hüseynov "Lider maqazin"ə açıqlamasında deyib. Ailə quracağı xanımı şou-biznesdən uzaq tutmağa çalışacacağını deyən müğənni qəlbində xoşuma gələn insanların olduğunu dilə gətirib: "Fikirləşirəm ki, onları kənardan izləyim. Tam xoşuma gəldikdən sonra istəyimi bildirəcəm. Nə vaxtsa istəyimi bildirərəm, bu etiraf da toyla nəticələnəcək. Məni Zamiq kimi qəbul edib, sevmək lazımdır. Məni kənardan izləyib, xəyalındakı kimi qəbul etməsin. Mənim daxili dünyam başqadır. Əsl Azərbaycan qaydasında, milli-mentalitetə önəm verənəm. Xanımım şou-biznesdən uzaq olacaq, onun bura aidiyyatı yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB